Ukraynalı keçmiş futbolçu Aleksandr Əliyev kazinoda nə qədər pul uduzduğunu etiraf edib.
Sportliqa.az xəbər verir ki, sabiq oyunçu bu barədə "sport24.ua" saytına açıqlamasında deyib:
"Kazinoda hardasa 2,5-3 milyon dollar itirmişəm. Elə bir vəziyyət yaranmışdı ki, Kiyevdə bir gecədə 110 min dollar uduzdum. Asılılıq idi? Bəli. Ən böyük uduşum isə 100-130 min dollar olub".
Əliyev karyerası ərzində ölkəsində "Dinamo", "Rux", "Xmelnitski", Rusiyada "Anji", "Lokomotiv", Qazaxıstanda "Taraz"da çıxış edib. O, Ukrayna yığmasında 28 oyunda 6 qol vurub.