Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 (25:14, 26:24, 22:25, 25:22) hesablı qələbə qazanıb.
Qarşılaşma Holte şəhərində təşkil olunub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az