"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Aleksander Ciku sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qanalı mərkəz müdafiəçisi Avropa konfrans Liqası qrup mərhələsinin "Ludoqorets"lə matçında zədələnib. Onun sağ ayaq barmağında sınıq aşkarlanıb. Təcrübəli oyunçunun hansı müddətə sıradan çıxdığı bəlli deyil.
Qeyd edək ki, Aleksander Ciku bu ilin yayından "Fənərbaxça"da çıxış edir. Qana millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.