27 oktyabr "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turu çərçivəsində növbəti oyun baş tutub.
Sportliqa.az xəbər verir ki, paytaxt klubu "Neftçi", çempionatın debütantı "Xəzri" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "Xəzri" yekunda 80-73 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Havtorn - 18 xal, 5 ribaund), "Xəzri" (Amil Həmzəyev - 21 xal, 8 ribaund)
Qeyd edək ki, ilk turun digər oyunları ("Xırdalan" - "Şəki", "NTD-INDIGO" - "Sumqayıt", "Gəncə" - "Sabah") 28 və 29 oktyabr tarixlərində baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az