Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı vinger 10-cu turda "Skenderbeu" ilə səfər oyununda keçirilmiş oyunda qol vurub.
İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Eqnatiya" 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı "Partizani" də eyni xala malikdir.
Vüsal bu mövsüm Albaniya çempionatında 3 qol vurub, 1 məhsuldar ötürmə edib.