Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün ikinci oyununa çıxacaq. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi mundialda keçirdiyi ilk görüşdə İraq yığmasını 2:0 hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az