
"Barselona"nın baş məşqçisi Xavi "El Klasiko"da evdə "Real"a uduzduqları oyundan (1:2) sonra açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, 60 dəqiqə rəqibdən üstün oynadıqlarını bildirib:
"Fikrimcə, 60 dəqiqə üstün idik, amma futbol belədir. "Real" 2-3 epizod yaratdı və bizə qollar vurdu. Qələbəyə biz layiq idik. 60 dəqiqə dominantlıq etdik, 2-cini vura bilmədik. 2:0 etmədiyimiz üçün bu məğlubiyyətlə üzləşdik. Bəxtsizliklə üzləşdik. Yaxşı oynadığımızı düşünürəm".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması