Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxacaq.
Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.