
"Real" Vinisius Juniorun müqaviləsinin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, braziliyalı hücumçu 2027-ci ilin yayına kimi Madrid təmsilçisinin şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Real" Vinisiusu 2018-ci ilin yayında "Flamenqo"dan transfer edib. 23 yaşlı ön xətt oyunçusu cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması