![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.
Sportliqa.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.
Son 4 ildə U-19-a rəhbərlik etmiş A.Əzimov gənc və perspektivli futzalçıların U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.