
Milli komandamızın forvardı Mahir Emrelinin yenidən Türkiyəyə yollanmaq variantı ortaya çıxıb.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, Emreli yenidən “Dinamo”dan (Zaqreb) ayrılaraq Türkiyə klublarından birinə icarəyə yollana bilər. “Ankaragücü” azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.
Lakin Xorvatiya nəhənginin 26 yaşlı futbolçunu Türkiyə klubuna icarəyə verib-verməyəcəyi hələ ki, dəqiq deyil. Lakin paytaxt klubu onun xidmətində maraqlıdır. Emrelini istəyən komandalardan biri isə Belçikanın "Eupen" klubudur. Məhz onlar da millimizin hücumçusunu icarəyə götürmək üçün "Dinamo"ya müraciət edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.