
Azərbaycan millisinin və "Adana Dəmirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.
Sportliqa.az xəbər verir ki, 29 yaşlı qolkiper məşqdən görüntülərini yayımlayıb.
Məhəmmədəliyev postda "Xəyal qurma, çalış" yazıb.
Qapıçı Adana təmsilçisinin heyətində Superliqada bir qarşılaşmada meydanda olub.
O, V turda "Kasımpaşa"ya 1:2 hesabı ilə uduzduqları matçda digər qolkiper Ertaç Özbir birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün oyuna daxil olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.