Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, ilk turda məğlub olmuş "Sumqayıt", "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxtın yaşandığı oyunun yekununda "Xırdalan" klubu 81-77 hesablı çətin qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 20 xal, 14 ribaund), "Xırdalan" (Cakori Arçi - 29 xal, 8 ribaund).
Qeyd edək ki, ikinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-İndiqo" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.