
Xorvatiya çempionatında 14-cü turunun növbəti oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Varazdin”lə qarşılaşıb (1:1).
Görüşün 75-ci dəqiqəsində meydana daxil olan Emreli 94-cü dəqiqədə hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas edib.
Hazırda "Dinamo"nun 23 xalla turnir cədvəlində üçüncüdür.
Mahir bu mövsüm çempionatda keçirdiyi 10 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması