AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinin qalibi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, məşqçi və inzibatcılardan təşkil olunan komandalar arasında keçirilən yarışda qızıl medalları “Araz-Naxcıvan” qazanıb.
Bölgə təmsilçisi yarımfinalda “Sabah”ı 5:1 hesabı ilə məğlub edib. “Neftçi” ilə keçirilən final görüşünün əsas vaxtı isə 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında dəqiq oynayan (3:1) “qırmızı-ağlar” turnirin qalibi olublar.