
Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun açılış oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, paytaxt klubu "Xəzri" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan debütant "Xəzri" yekunda rəqib üzərində 89-79 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 27 xal, 7 ribaund), "Xəzri" (Amil Həmzəyev - 20 xal, 10 ribaund)
Qeyd edək ki, üçüncü turun növbəti oyunları ("NTD-INDIGO" - "Gəncə", "Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") 9, 10 və 11 noyabr tarixində baş tutacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması