"Beşiktaş"da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Burak Yılmaz istefa verib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun xidməti məlumat yayıb.
Burak Yılmaz UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunun "Budyo-Qlimt"ə (Norveç) uduzduqları (1:2) ev oyunundan sonra qərarını klub rəhbərliyinə bildirib. Onun istefası qəbul olunub.
Qeyd edək ki, Burak Yılmaz oktyabr ayında Şenol Güneşin istefasından sonra "Beşiktaş"da baş məşqçi vəzifəsini icra edirdi.