
"Beşiktaş"ın yeni baş məşqçisi məlum olub.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Rza Çalımbay çalışdıracaq. Onunla ilin sonuna qədər razılıq əldə edilib. Komandanın nəticələri qənaətbəxş olsa, müqavilə uzadılacaq.
"Beşiktaş" baş məşqçi vəzifəsini icra edən Burak Yılmazla yollarını bu gün ayırmışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.