
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasında yüksəlişini davam etdirir.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını məhz bu ölkədə davam etdirə bilər.
Mövsümün əvvəlində “Neftçi”dən ayrılaraq Serbiya klubu “Partizan”a keçən braziliyalı forvardın çıxışı Fransa Liqa 1-də çıxış edən 2 komandanın diqqətini çəkib. Artıq “Lill” və “Tuluza” Saldanyanı qış transfer pəncərəsində heyətinə qatmaq fikrinə düşüb. Adıçəkilən komandalar hətta bunun üçün “Partizan”la danışıqlara da başlayıb.
Qeyd edək ki, Saldanya bu mövsüm “Partizan”ın heyətində keçirdiyi 19 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə verib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması