“Qarabağ”ın keçmiş futbolçusu Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
Sportliqa.az xəbər verir ki, bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a 5 milyon avro qarşılığında transfer olunan braziliyalı vingerin agenti Xelsio Alisk bu barədə açıqlama verib:
“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi”. Menecer söhbətin hansı klublardan getdiyi açıqlanmayıb.
Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.