
Bu mövsümdən etibarən Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Sportliqa.az xəbər verir ki, müraciətdə Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komandanın ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsi xahiş edilib.
Müraciətə cavab olaraq, Peşəkar Futbol Liqası təmir işləri yekunlaşanadək “Difai Ağsu” klubunun Şamaxı şəhər stadionunda çıxış etməsinə qərar verib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.