İtaliyanın "İnter" klubu hücum xəttini gücləndirmək yolunda axtarışlarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, Milan təmsilçisi "Portu"dan Mehdi Taremini rənglərinə bağlamaq istəyir. Bu barədə "O Jogo" məlumat yayıb. "Göy-qaralar" mövsümün sonunda "əjdahalar"la müqavilə başa çatacaq futbolçuya təklif göndərəcək.
Məlumatda 31 yaşlı iranlı futbolçunun "İnter"ə keçmək istədiyi bildirilir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az