"Sumqayıt" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Lerik"i 6:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Sportliqa.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra açıqlama verib:
"Lerik" klubuna təşəkkür edirəm ki, sözümüzü yerə salmadılar və Sumqayıta gəldilər. Hesab və oyun ikinci planda qaldı. Bu matç bizim üçün çox üzücü keçdi. Oyunçumuzu itirdik. Kristian Velinovski çox ağır zədə aldı. Onun ayağının sınmağı bütün komandanı məyus etdi. Hansı hesabla qalib gəldiyimizi yaddan çıxarmışıq. Bütün fikrimiz Velinovskinin yanındadır. Futbolçularımız xəstəxanaya onun yanına gediblər. Nə qədər ağır görünsə də, ümid edirəm yaxşı olar, futbolçu karyerasına təsir etməz. Heç bir oyunçuya bu cür zədəni arzulamırıq".