Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən görüşü irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib.
Oyun 1:1 hasabı ilə yekunlaşıb.
17:45. Azərbaycan - Çexiya - 1:1
Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)
Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az