Azərbaycan milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
Sportliqa.az xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib.
Qadınlardan ibarət komanda isə Sloveniya seçməsinə uduzub – 0,5-3,5.
İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az