"Napoli"nin gürcü ulduzu Xviça Kvaratsxeliyanın oynamaq istədiyi komanda məlum olub.
Sportliqa.az xəbər verir ki, bu barədə onun atası Badri Kvaratsxeliya məlumat verib. Azərbaycan millisinin keçmiş üzvü olmuş Badri oğlunun "Real Madrid" arzusunun olduğunu açıqlayıb:
"Xviça həmişə "Real Madrid"də oynamağı arzu edib və bu, davam edir. Bundan əminəm. Xviça üçün "Kral klubu"na qarşı oynamaq özəl hisslər idi. Ailəmizdə məndən başqa hər kəs "Real Madrid" azarkeşidir".
Xviça bu mövsüm Neapol klubunda keçirdiyi 17 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.