Azərbaycan 2-ci liqasında mübarizə aparan "Lerik"in futbolçusu Rahid Ağazadə 6 oyunluq cəzalandırılıb.
Sportliqa.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb onun Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Sumqayıt"la görüşdə rəqibin oyunçusu Kristian Velinovskini zədələməsi olub.
Həmin epizodda Velinovskinin ayağı sınıb. Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirib.
AFFA-nın İntizam Komitəsi Rahid Ağazadəni təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı və K.Velinovskini əmək qabiliyyətindən məhrum etdiyi üçün PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq bütün turnirlər daxil olmaqla 6 oyunluq cəzalandırıb.