UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dekabrın 14-də İsveçin "Hekken" komandasını qəbul edəcək.
Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı sonuncu - həlledici oyunu barədə nə düşündüyünü soruşduq
Sportliqa.az xəbər verir ki, onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" rəqibi hər cəhətdən üstələyib qalib gələcək. Komandamız hazırda ideal formadadır. Avroliqa matçlarında da özünü yaxşı tərəfdən göstərir. Mənə elə gəlir ki, "Hekken"ə qarşı möhtəşəm oyun göstərib qrupu adlayacaqdır. Mənim buna heç bir şübhəm yoxdur. Qarabağ"da ehtiyat sözü yoxdur. Hər bir futbolçu meydana çıxanda əsas heyətdə olmayan oyunçuçunu elə əvəzləyir ki, çıxanın yoxluğu hiss olunmur. Doğrudur, Medina yaxşı futbolçudur. Amma, "Qarabağ"da başqa keyfiyyətli futbolçular da var. Mənə elə gəlir ki, Medinanın yerinə oynayacaq oyunçular kolumbiyalının itkisini hiss etdirməyəcəklər. Axırıncı matçda "Qarabağ"a mütləq qələbə lazımdır. Təmsilçimizin bu tapşırığın öhdəsindən gələcəyinə şübhə etmirəm".