
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Sportliqa.az xəbər verir ki, dekabrın 15-də startı veriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutacaq.
Çempionatda qadınlar və kişilər arasında ümumilikdə 14 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkənin müxtəlif regionlarından, həmçinin Sumqayıt və Bakıdan 65 müxtəlif klub, cəmiyyət, eləcə də idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qadınlar 48, 52, 57, 63, 70, 78 və +78 kq, kişilər isə 60, 66, 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Ölkə çempionatına dekabrın 17-də yekun vurulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması