"Qəza keçirən PFL əməkdaşlarına Allahdan şəfa diləyirəm. Oyuna gəldikdə, maraqlı alındı. Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komanda əzmkarlıq göstərərək sonda qolunu vurdu. Futbolçularımı da başa düşürəm. Birinci Liqa klubları ilə oyunlarda üstün olursan. Amma rəqib də istəkli oynayır, müdafiə olunur. Bu tip oyunlarda hər epizodu dəyərləndirməlisən. Belə olmayanda, rəqib daha da özgüvənli oynayır. Üstünlüyümüz var idi. Lakin matçın çətin keçməsinin səbəbi epizodları dəyərləndirə bilməməyimiz idi".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun 1/8 final mərhələsinin "İmişli"(0:1) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
- Oyunun əlavə vaxta gedəcəyini düşünürdüz?
- Əlavə vaxta da hazır idik. Bütün dünyada belədir, birinci liqa komandaları yüksək liqa təmsilçilərinə qalib gələ bilir. "İmişli"ni təbrik edirəm, yaxşı, mübariz kollektivdir. Onlara gələcəkdə uğurlar arzulayıram.