Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Vyetnamın “Xoa Çat Duk Qianq Tia Sanq” klubu ilə vidalaşıb.
Sportliqa.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə “Facebook” səhifəsində paylaşım edib: “Təşəkkür edirəm, Vyetnam. Buranın insanları həmişə mənə özümü evdəki kimi hiss etməyə imkan verir. Gələcəkdə yenidən görüşənədək”.
Rəhimova 2021/2022 mövsümündə bu ölkədə “Geleximko Thai Binh” klubunun formasını geyinib. O, hazırkı komandası ilə Vyetnam liqasında gümüş medal qazanıb və çempionatın ən yaxşı hücumçusu seçilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az