"İnter"in hücumçusu Lautaro Martines gələcəyi barədə danışıb.
Sportliqa.az xəbər verir ki, argentinalı futbolçu Milan təmsilçisi ilə müqavilə müddətini uzadacağını deyib:
"İnter"lə yeni müqavilə imzalamağa yaxınam. Bu, sadəcə, zaman məsələsidir. Danışıqların son mərhələsidir".
26 yaşlı futbolçu 1018-ci ildən "göy-qaralar"da oynayır.