
3 parataekvondoçumuz Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
Sportliqa.az xəbər verir ki, bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib.
Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqəyə sahib olub. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.
Parataekvondoçularımız Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması