Azərbaycan Bilyard Federasiyasının (ABF) yeni prezidenti məlum olub.
Sportliqa.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Seymur Məmmədov təyin olunub.
Qurumun yeni rəhbəri bu gün vəzifəsinin icrasına başlayıb. O, göstərilən etimada görə minnətdarlığını bildirib: "Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmindəyəm. Bilyard təkcə idman deyil, həm də həyat tərzidir. Bu idmanı hər bir azərbaycanlı üçün əlçatan etməyə çalışıram. İstedadların inkişafı üçün şərait yaradacaq, onları dəstəkləyəcək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik".
Seymur Məmmədov Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduqlarını da sözlərinə əlavə edib.