Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Sportliqa.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin olunub.
O, yanvarın 17-də İstanbulda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Fonte Bastardo” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə klubu 3:0 hesabı ilə qalib gəlib.