Şahmatçımız Nicat Abasov karyerasında ilk dəfə İddiaçılar Turnirində iştirak edəcək.
Sportliqa.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün Nicat Abasovun mötəbər yarışda iştirakını təsdiqləyib.
Reqlamentə əsasən Dünya Kubokunda ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirində iştirakını təmin edir. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak etməyəcəyi ilə bağlı FIDE-yə rəsmi məktub göndərib.
Ali şahmat qurumu İddiaçılar Turnirinə vəsiqəni Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasova verib.
Bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşaraq şahmat tacı uğrunda mübarizə aparacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.