Güllə atıcılığı üzrə Azərbaycan yığması Sloveniyanın Ruşe şəhərində keçirilən qran-pridə 5-ci yeri tutub.
Sportliqa.az xəbər verir ki, yığma qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə bu nəticəyə imza atıb.
Ruslan Lunyov – Nigar Nəsirovadan ibarət komanda 571 xal toplayıb. Qran-prinin qalibi 580 xalla Çexiya millisi olub.
Fərdi yarışda isə Ruslan Lunyov kişilər, Nigar Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə 15-ci yeri tutublar.