
18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək.
Sportliqa.az xəbər verir ki, yarış fərdi və komandalar arasında baş tutacaq.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızların birinciliyində isə 36 kq, 48 kq və 63 kq çəkilərdə qaliblər müəyyənləşəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması