İtaliya klubunda yeni baş məşqçi
16 Yanvar 2024 16:02
“Empoli” klubunda baş məşqçi dəyişikliyi yaşanıb.
Sportliqa.az xəbər verir ki, İtaliya komandasının sabiq baş məşqçisi Aurelio Andreazzoli klubdan ayrılıb.
Klub artıq ona əvəzləyici tapıb. Belə ki, “Empoli”ni Davide Nikola çalışdıracaq.
Komanda İtaliya çempionatında 13 xalla 19-cu pillədədir.