Dünən cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçuların fərdi və komandalar arasında Azərbaycan birinciliyinin ilk yarış günü geridə qalıb.
Sportliqa.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günündə oğlanlar arasında -46 kq., - 60 kq. və -81 kq. çəki dərəcələrində, qızlar arasında isə -36 kq., -48 kq. və -63 kq. çəki dərəcələrində qaliblər bəlli olub.