Sportliqa.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında keçirilib.
Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib bir oyunda müəyyənləşəcək.
Əsas vaxt heç-heçə başa çatarsa, tərəflər hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər. Bu dəfə də üstünülk əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər kollektiv 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin matçları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.