
Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada təşkil olunacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub.
İlk dəfə Şuşada baş tutacaq “Vüqar Həşimov Memorialı”nın onuncusu avqustun 27-31-i aralığında keçiriləcək.
Bu superturnir 2023-cü ildə Qəbələdə təşkil edilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin yarışın qalibi olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması