Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tur sona çatıb.
Sportliqa.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Lider “Zirə” ardıcıl 6-cı qələbəsini qazanıb. Adıçəkilən komanda bu dəfə “Qalaxy Bakı”nı məğlub edib. “Zirə”nin ən yaxın izləyicisi olan “Birbaşa Bakı” isə “Aznur”u üstələyib.