
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.
Sportliqa.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın həndbolçuların Avropa Kubokunun 1/8 final mərhələsində Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Yanvarın 20-də Bodrumda baş tutacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması