
İtaliyanın “Napoli” klubu hücum xəttini gücləndirib.
Sportliqa.az Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Verona”dan Siril Nqonqe heyətə cəlb edilib. Müqavilə müddəti açıqlanmayıb.
İtaliya mətbuatı 23 yaşlı vinger üçün "Verona"ya 20 milyon avro təzminat ödənildiyini yazıb.
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm A seriyası təmsilçisinin heyətində 21 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması