"Milan"ın hücumçusu Luka Romeronu icarəyə göndərib.
Sportliqa.az verir ki, 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında La Liqa təmsilçisi "Almeriya"da oynayacaq.
Romero “Milan”a ötən yay azad agent kimi keçib. Argentinalı futbolçu bu mövsüm klubun heyətində cəmi 5 oyuna çıxıb. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.