Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir k, ikinci gündə daha 4 oyun keçirilib.
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvlərindən formalaşdırılan “İnter” komandası “Qalaxy Bakı”ya minimal fərqlə məğlub olub.
“Real Bakı”, “Atəşgah Suraxanı” və “Abşeron” da hesablarına 3 xal yazdırıblar.
Bir gün əvvəl keçirilən oyunlarda “Birbaşa Bakı” “Dirçəliş”i, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.