
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında 8-ci turun proqramı müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, qadınların mübarizəsində tur "Bakı" - "Kür" oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlayacaq.
Yanvarın 28-də, saat 10:00-da "İdman Akademiyası" - "Azəryol", 12:00-da isə "Gənclərbirliyi - "Qarabağ" görüşləri gerçəkləşəcək.
Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da "Təhsil" - "Kür", saat 14:00-da "Qarabağ" - "Azəryol" oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da "Dinamo" və "İdman Akademiyası" kollektivləri meydançaya çıxacaqlar.
Bütün matçlar "AHF Arena"da təşkil olunacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması