“Milan” klubu tarixində ilk dəfə A Seriyasının bir matçında iki penalti qaçırıb.
Sportliqa.az xəbər verir ki, İtaliya A Seriyasının 22-ci turunun “Milan” və “Bolonya”nın qarşılaşdığı matçında meydan sahibləri iki dəfə penalti nöqtəsindən dəqiq zərbə endirə bilməyiblər. Əvvəlcə Olivye Jiru 42-ci dəqiqədə topu tora göndərə bilməyib, Teo Ernandes isə 75-ci dəqiqədə uğursuz cəhd edib. Matç bərabərə bitib – 2:2.
Bu oyundan sonra “Milan” 46 xal toplayıb. Stefano Piolinin komandası A Seriyasının turnir cədvəlində 3-cü pillədədir.