![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
"Palmeyras" klubunun gənclər komandasının mərkəz müdafiəçisi Pedro Felipe tezliklə "Yuventus"un futbolçusu olacaq.
Sportliqa.az xəbər verir ki, 19 yaşlı futbolçu 6 aylıq icarə əsasında Turin klubuna keçəcək. "Yuventus" Felipeni 2 milyon avroya almaq hüququna malik olacaq.
Gənc braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün Turinə gedəcək və yanvarın 30-da müqavilə imzalayacaq.